Ukraynanın "Şaxtyor" klubu ilə Yunanıstan "Olimpiakos"u arasında baş tutan xeyriyyə oyununda tribunadakı oturacaqlara 177 uşaq oyuncağı düzülüb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla da oyunun təşkilatçıları Rusiya ordusunun hərbi əməliyyatları nəticəsində həyatlarını itirmiş uşaqların xatirəsini anıblar.
Qeyd edək ki, oyun qonaq "Şaxtyor" klubunun 0:1 hesablı qələbəsi ilə bitib.
Matçdan əldə edilən bütün gəlir ukraynalılara humanitar yardım üçün köçürüləcək.
Milli.Az