Fransada prezident seçkilərinin ikinci turunun vaxtı məlum olub

11 Aprel 2022 08:21

Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.

Milli.Az APA-ya istinadən bildirir ki, növbəti turda 2 namizəd - hazırki prezident Emmanuel Makron və ifrat sağçı Milli Cəbhə Partiyasının rəhbəri Marin Le Pen mübarizə aparacaq.

Fransada 5-ci Respublikanın (1958) tarixində ikinci, son 40 ildə isə birinci dəfə dövlət başçısı ikinci turda müəyyənləşir.

"Figaro"nun xəbərinə görə, rəy sorğuları növbəti turda Makronun 51-54%, Le Penin isə 46-49% səs toplayacağını deməyə əsas verir.

Milli.Az