Belçikalı ulduz "Qalatasaray"a keçir

10 Aprel 2022 18:45

"Qalatasaray" yayda heyətini məşhur futbolçu ilə gücləndirəcək.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "cim-bom" "Borussiya"dan mövsüm sonu ayrılacaq olan Aksel Vitseli heyətinə qatacaq. 33 yaşlı belçikalı yarımmüdafiəçi ilə "Yuventus" da ciddi şəkildə maraqlanır.

Qeyd edək ki, 2018-ci ildən Dortmund təmsilçisində çıxış edən Vitsel bu mövsüm 25 matçda 1 qola imza atıb.

Milli.Az