“Qarabağ”ın məşqçisi istefa verdi

7 May 2010 13:29
Milli.Az xəbər portalı klubun internet saytına istinadən xəbər verir ki,  Fatih Kavlakın postundan ayrılmasına səbəb kimi ailə problemləri göstərilib.

Klub rəhbərliyi işindən ayrılmaq istəyən məşqçiyə heç bir problem yaratmayıb və bağlanmış müqavilə qarşılıqlı surətdə pozulub.

Xatırladaq ki, Fatih Kavlak mövsümün əvvəlindən "Qarabağ" klubunda işləyirdi.

Milli.Az