Sanksiyaları gücləndirməyə davam edəcəyik - Conson

10 Aprel 2022 14:52

Biz tərəfdaşlarımızla birlikdə iqtisadi təzyiqi artıracağıq və Rusiyaya qarşı sanksiyaları hər həftə gücləndirməyə davam edəcəyik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Boris Conson Kiyevə səfəri zamanı deyib.

"Təkcə banklardakı aktivləri dondurub oliqarxlara qarşı sanksiyalar tətbiq etməyəcəyik, həm də rus karbohidrogenlərinin istifadəsindən uzaqlaşacağıq", - Conson bildirib.

Milli.Az