Mərmərədəki ekoloji problem belə görüntüləndi - VİDEO

10 Aprel 2022 15:07

Türkiyənin Mərmərə dənizində yaşanan ekoloji problemin səmadan qeydə alınmış görüntüsü yayımlanıb.

Milli.Az Publika.az-a istinadən bildirir ki, səmadan çəkilən görüntülərdə dənizin bəzi hissəsində uzun zolaq kimi yayılmış selikli təbəqə əks olunub.

Dəniz üzərində yaranan selik xəttinin xüsusən gəmilərin ətrafında daha çox yarandığı da diqqətdən qaçmayıb.

Milli.Az