Yük maşını aşdı, Türkiyə vətəndaşı xəsarət aldı

10 Aprel 2022 10:42

Qazaxda "TIR" aşıb.

Hadisə Bakı-Qazax magistral yolunda rayonun Yuxarı Salahlı kəndindən keçən hissəsində baş verib. Hərəkətdə olan ağır tonnajlı "TIR"ın idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində Türkiyə vətəndaşı, sürücü, 1983-cü il təvəllüdlü Jokan Oskan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az