Rusiya ordusu Mariupola hücum edib, Xarkovu atəşə tutub - Baş Qərargah

10 Aprel 2022 10:24

"Rusiya hərbçiləri şəhərin mərkəzi hissəsinə nəzarəti ələ keçirmək üçün Mariupolun müdafiəsini yarmağa çalışır".

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının bazar günü, aprelin 10-na olan səhər xülasəsində deyilir:

"Düşmən Ukrayna Silahlı Qüvvələrinin İzyum vilayətindəki bölmələrinin müdafiəsini yarmağa və Mariupol üzərində tam nəzarəti bərqərar etməyə çalışır. Həmçinin, Rusiya ordusu Nikolayev istiqamətində bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa cəhdlər edirlər".

Milli.Az