Bakıda sərnişin avtobusu piyadanı vurub

10 Aprel 2022 09:24

Bakının Sabunçu rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə İvan Anaşkin küçəsində qeydə alınıb.

Yolu keçən 1988-ci il təvəllüdlü Baxışov Əli Elqam oğlunu "Daewoo" markalı sərnişin avtobusu vurub.

Yaralı xəstəxanaya çatdırılıb.

Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi araşdırma aparır.

Milli.Az