Elman Əliyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verildi
16 Mart 2012 19:08
Prezident İlham Əliyev E.M.Əliyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Sərəncamda bildirilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elman Məmməd oğlu Əliyevə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilsin".
Milli.Az