Zelenski kollaj edilən fotosundan danışdı

9 Aprel 2022 18:00

"Mən yenidən əvvəlki adam olacam".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyanın "Bild" nəşrinin jurnalisti Pol Ronzheimerin dövlət başçısının müharibədən əvvəlki və Buça faciəsi zamanı çəkilmiş 2 fotosunun müqayisəsinə dair sualını cavablandırarkən deyib.

"O şəkildəki adamlar 2 fərqli insanlardır. Gecələr yuxudaykən heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram", - o bildirib.

Milli.Az