Azərbaycana gələn ukraynalıların sayı açıqlandı

9 Aprel 2022 14:42

Dövlət Miqrasiya Xidməti bu il fevralın 24-dən Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayını açıqlayıb.

Dövlət Miqrasiya Xidmətinin Mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli bildirib ki, müharibə başlayandan bu günə qədər Azərbaycana 6 min 163 nəfər Ukrayna vətəndaşı daxil olub.

Milli.Az