“Kiyevə xoş gəldin, dostum!” - FOTO

9 Aprel 2022 20:02

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonun Kiyevə səfəri ilə bağlı paylaşım edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, feysbuk səhifəsində Consonla şəkillərini paylaşaraq bildirib:

"Birləşmiş Krallığın Baş naziri Boris Conson Rusiya işğalının ən prinsipial rəqiblərindən biri, Rusiyaya sanksiya təzyiqi və Ukraynaya müdafiə dəstəyində liderdir. Kiyevə xoş gəldin, dostum!".

Milli.Az