Qəzada vəfat edən Nərgiz hərbçi imiş... - FOTO

9 Aprel 2022 20:00

İki gün əvvəl Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda mikroavtobusun aşması nəticəsində vəfat edən Nərgiz Qədimbəyli ilə bağlı məlumatlar üzə çıxıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəzada vəfat edən xanım sərnişin hərbçi olub.

Rayonun Bənənyar kəndindən olan Nərgiz səhər saatlarında işə gedərkən yol qəzası baş verib.

N.Qədimbəylinin fotosunu təqdim edirik:

Qeyd edək ki, aprelin 7-də səhər saatlarında Culfanın Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayevin idarə etdiyi "Hyundai" markalı mikroavtobusun aşması nəticəsində daha 6 nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Culfa rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az