Taksi xidməti göstərən şirkətlərinin sayı artdıqca, onlardan istifadə edənlər çoxalır. Qiymətlərin sərfəli olması sərnişinləri sevindirsə də, sürücüləri heç də qane etmir. Ancaq taksi sürücülərinin narazı qaldığı məqam təkcəbu deyil. Belə ki, onların bəziləri onlayn ödəniş olunduğu halda müştəridən sifarişi ləğv etməsini istəyir. Bunu da VÖEN və bank hesabı olmadan fəaliyyət göstərmələri ilə izah edirlər.
Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, sərnişinlərə isə əksinə, onlayn ödəniş həm rahatdır, həm də ucuz başa gəlir.
Hüquqşünas Ərşad Hüseynov bildirir ki,əməkdaşlıq etdiyi şirkətlərlə problem yaşayan sürücülər adətən qanunsuz fəaliyyət göstərənlərdir. Bu da birbaşa sərnişinlərin rahatlığına mane olur.
Ərşad Hüseynov deyir ki, bu məsələdə qanunla fəaliyyət göstərən sürücülər heç bir problem yaşamırlar.
Milli.Az