İspaniya çempionatının bir oyunu ilk dəfə "TikTok"da yayımlanacaq

9 Aprel 2022 13:12

İspaniya Futbol Liqasının "TikTok" sosial şəbəkəsi ilə əldə etdiyi razılaşmaya əsasən, ilk dəfə olaraq İspaniya çempionatının matçları "TikTok"da yayımlanacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, matçlar yalnız İspaniya ərazisində əlçatan olacaq.

Sosial şəbəkədə yayımlanacaq ilk matç aprelin 15-də keçiriləcək "Real Sosyedad"-"Real Betis" oyunu olacaq.

Bu görüşdən sonra gələcəkdə də matçların "TikTok"da yayımlanması nəzərdə tutulur.

Milli.Az