Dünyaca məşhur "Oryol i Reşka" proqramının kişi aparıcısı Yevgeniy Sinelnikov Rusiya ordusunun keçirdiyi hərbi əməliyyatlar nəticəsində dağıdılmış evinin görüntülərini yayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aparıcı payladığı fotoda mənzilinin müharibədən əvvəlki və sonrakı durumunu müqaisəsini aparıb.
Ukraynalı trevel-bloqer paylaşdığı fotolara ironiyalı şərh də yazıb:
"Rus dünyası sağ olsun deyirəm ki, bizim ailəmizi Ukraynadakı dəhşətlərdən xilas etdi. Bax indi burada yaşamağa davam edəcəyik".
Milli.Az