Bakıda 27 yaşlı gənc qızı avtomobil vurub

9 Aprel 2022 08:19

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nizami rayonu, metronun "Xalqlar dostluğu" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Vəliyeva Könül Yaşar qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az