Bakıda 9 yaşlı uşağı avtomobil vurub

9 Aprel 2022 08:57

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Nərimanov rayonu Fətəli xan Xoyski küçəsində qeydə alınıb.

Belə ki, 2013- cü il təvəllüdlü Fillipova Alsu Oleqovna yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Milli.Az