Xırdalanda 64 yaşlı qadın dərman içərək intihara cəhd edib

9 Aprel 2022 08:37

Abşeron rayonunda intihara cəhd hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü Əzizova Sədaqət Xalıq qızı yaşadığı evdə dərman içərək özünə qəsd edib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az