Şəmkirdə azyaşlının xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.
Hadisə rayonun Dəllər qəsəbəsində 1978-ci il təvəllüdlü Anar Əliyevə məxsus evdə qeydə alınıb.
Yanğın nəticəsində 70 m² olan 1 mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 55 m² sahədə yanıb.
Yanğın zamanı ev sahibinin övladı 2016-cı il təvəllüdlü Əliyev Rəvan yanıq xəsarətləri alıb.
Milli.Az