"Rusiya neftinin bir barreli parça-parça olmuş ukraynalının bir litr qanına bərabər olan yeni Avropa "mübadilə valyutası" haqqında düşünməyin vaxtıdır".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Tviter səhifəsində bildirib.
"Bir barrel Rusiya nefti parça-parça olmuş Ukrayna vətəndaşının bir litr qanına bərabərdir. Hələ də Rusiyada işləmək üçün qalan 140 Avropa şirkəti də Buça qətliamına bərabərdir. Qan üzərində olan "biznes ideyalarınızı" əlavə etməyə davam edin", - Podolyak qeyd edib.
Milli.Az