Fransada prezident seçkilərində sükut günü başlayıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, sükut Paris vaxtı ilə saat 00.00-da qüvvəyə minib. Bu gündən prezidentliyə namizədlərin seçicilərlə görüşü və ya hər hansı formada təbliğat aparması qadağandır. Səsvermənin ilk turu aprelin 10-na nəzərdə tutulub. Ali kürsü uğrunda 9 namizəd mübarizə aparır.
Milli.Az