Bakıda dava zamanı bir nəfər bıçaqlanıb

9 Aprel 2022 08:48

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qonşular arasında dava zamanı qeydə alınıb.

Albalılıq yaşayış sahəsində 1988-ci il təvəllüdlü Qəhrəmanov Muraz Təhməz oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az