Bakı sakininə 4 bıçaq zərbəsi vurulub

9 Aprel 2022 08:38

Bakının Suraxanı rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Suraxanı qəsəbəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Novruzov Dünyamalı Əlirza oğlu tanışı ilə əlbıyaxa dava zamanı bıçaqlanıb. Onun qol, ayaq və qarın nahiyəsinə ümumilikdə 4 bıçaq zərbəsi vurulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az