Həcc ziyarəti ilə bağlı DƏYİŞİKLİK

9 Aprel 2022 07:43

Səudiyyə Ərəbistanı hər il Həcc ziyarətinə gəlməsi üçün icazə verilən say limitini krallıq vətəndaşları və əcnəbilər də daxil olmaqla 1 milyon nəfərə qədər artırıb.

Bu barədə "Saudi Press Agency" agentliyi Həcc və Ümrə İşləri Nazirliyinə istinadən bildirib.

Məlumata əsasən, Məkkəyə həcc və ümrə ziyarətinə yaşı 65-dən az olan, tam peyvənd olunan şəxslər buraxılacaq. Zəvvarlar gəldikdən sonra koronavirusla bağlı testin neqativ nəticəsini təqdim etməli olacaqlar.

Milli.Az