Aİ Rusiyaya qarşı sanksiyalar tətbiq edib

9 Aprel 2022 08:23

Avropa İttifaqı (Aİ) Ukraynadakı "hərbi əməliyyat"a görə beşinci sanksiyalar paketi çərçivəsində Rusiyanın 217 iş adamı, siyasətçisi və jurnalistinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Bu barədə Aİ-nin rəsmi jurnalında qeyd olunub.

Aİ vurğulayıb ki, onların arasında "yüksək vəzifəli Kreml rəsmiləri, iş adamları - Moşe Kantor, Boris Rotenberq və Oleq Deripaska, enerji, maliyyə, media, müdafiə və hərbi sənaye kimi iqtisadiyyatın əsas sektorlarında çalışan digər tanınmış iş adamları, o cümlədən dezinformasiyanın, informasiyanın manipulyasiyasının, Ukraynadakı vəziyyətlə bağlı Kreml tərəfindən sistematik olaraq yalan məlumatların yayılmasının tərəfdarları" var.

Milli.Az