Ukraynanın Mariupol şəhərində gedən döyüşlər zamanı daha bir azərbaycanlı həlak olub.
Bu barədə mərhumun dostu Leonid Ostalsev məlumat verib.
Onun sözlərinə görə, Rafael Ağayev Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edərkən qəhrəmancasına həlak olub.
R.Ağayev 2014-cü ildə Donbass döyüşlərinin də iştirakçısı olub. O, daha sonra "Pizza Veterano" şirkətini təsis edib. Rusiyanın hücumu başladığı ilk gündən isə Mariupolun müdafiəsini təşkil edən qüvvələrdən biri, Hərbi Dəniz Qüvvələri Dəniz Piyadalarının tərkibində döyüşlərə qatılıb.
Milli.Az