Ağstafa sakinini sel apardı
7 May 2010 12:49
Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, Yuxarı Göyçəli kənd sakini, 25 yaşlı Kamil Kərimov gecə saatlarında Kür çayına yıxılıb.
Hadisə ehtiyatsızlıqdan baş verib.
Hələlik K.Kərimovun meyiti tapılmayıb.
Faktla bağlı araşdırma aparılır.
Anar Məmmədov
Milli.Az