"Anam çabalayırdı ki, kömək et" - Namiq Qaraçuxurlu

8 Aprel 2022 16:48

Meyxanaçı Namiq Qaraçuxurlu anasının keçirdiyi ağır əməliyyatdan danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəbər-ətər" proqramında həmin ərəfədə özünün də xəstəlik tapdığını deyib:

"Stres, depressiyanı qəbul etmirəm. Amma anam əməliyyatdan çıxdı, gəldim o səhnəni gördüm. Axşam yanına gəldim, gördüm nəfəslikdə ağrılardan çabalayır. Can atır ki, kömək et. Elə bil həmin an öldüm. Həyatıboyu təzyiqi olmayan adamda təzyiq yarandı. Başağrılarım oldu. Başa düşdüm ki, o mənə zərbə vurub".

Milli.Az