Türkiyədə "Güldür güldür" komediya proqramı ilə məşhurlaşan aktyor Giray Altınok azərbaycanlı müğənni İradə İbrahimova ilə bağlı paylaşım edib.
Milli.Az olay-a istinadən xəbər verir ki, o, sənətçinin "Neyləyək" mahnısını dinlədiyi anları instaqramda paylaşıb. Mahnını İbrahimova ilə birgə oxuyan Altınok "İradə İbrahimovanın əsgərləriyik", - deyə, bildirib.
Qeyd edək ki, daha öncə məşhur komediya aktyoru Cem Yılmaz "Ali baba və 7 cüceler" filmində həmin mahnıdan istifadə etmişdi. Hətta ekran işində mahnını Zafer Algözlə birgə səsləndirmiş, məşqlərdə İbrahimova da iştirak etmişdi.
Milli.Az