İsraildə terror törədənlərdən birinin kimliyi məlum oldu

8 Aprel 2022 10:42

İsrail təhlükəsizlik qüvvələri ötən gün paytaxt Tel-Əvivdə insanlara atəş açan terrorçunu zərərsizləşdirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları 28 yaşlı fələstinlini bu gün səhər saatlarında Tel-Əvivin cənubunda yerləşən Yaffo rayonunda, məscidin yaxınlığında gizləndiyi yerdə aşkar ediblər.

Təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə onun arasında atışma olub.

Nəticədə 28 yaşlı fələstinli zərərsizləşdirilib.

Qeyd edək ki, ötən gün Tel-Əvivdə silahlı şəxs insanlara atəş açıb. Hadisə nəticəsində iki nəfər ölüb, ən azı 12 nəfər xəsarət alıb.

Milli.Az