Doqquz yaşlı qız kolbasadan zəhərlənərək ölüb

8 Aprel 2022 11:00

Saatlı rayonunda uşaq zəhərlənib. 

Milli.Az xəbər verir ki, zəhərlənən M.F. 2013-cü il təvəllüdlüdür. 

O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

İlkin ehtimala görə, azyaşlı qız kolbasadan zəhərlənib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az