Ukrayna müharibəsində 169 uşaq ölüb

8 Aprel 2022 10:06

"Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 169 uşaq ölüb, 306 uşaq isə yaralanıb".

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, bununla yanaşı, 475-dən çox uşaq xəsarət alıb.

Həmçinin bildirilib ki, Rusiyanın bombardmanları nəticəsində 928 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 84-ü tamamilə dağılıb.

Milli.Az