Azərbaycanda şantaj olunan model ÖZÜNƏ QƏSD ETDİ: Məktubu tapıldı - ŞOK İDDİA - FOTO

8 Aprel 2022 09:42

Azərbaycanda şantaj olunan və model olduğu deyilən Yeganə Ağayeva intihara cəhd edib.

Milli.Az xəbər verir ki, bu barədə onun rəfiqəsi məlumat verib. İddiaya görə özünü bir müddətdir bloqer kimi təqdim edən Cəmil Quliyev adlı şəxs özünə məxsus olan sosial şəbəkə hesabında Yeganə Ağayeva adlı modelin videogörüntülərini paylaşaraq onu insan alveri və narkotik vasitələrin satışını təşkil etməkdə ittiham edib.

Ötən gün Yeganə Ağayevanın rəfiqəsi onun mobil telefonuna ardıcıl zənglər edib və rəfiqəsinin zənglərə cavab verməməsindən narahat olub. Daha sonra onun yaşadığı ünvana yollanıb və Yeganənin intihara cəhd etdiyini görüb. Yeganə Ağayeva təcili olaraq 1 saylı Şəhər Klinik xəstəxanasının toksikologiya şöbəsinə yerləşdirilib və vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Məlumatda o da qeyd olunur ki, model intihar etməzdən əvvəl məktub yazıb və məktubunda Cəmil Quliyevin onu intihar həddinə çatdırmasını qeyd edib.

Məhəmməd Vaqif
Milli.Az