"Çelsi"dən qol şousu

9 Aprel 2022 20:49

"Çelsi" İngiltərə Premyer Liqasının 32-ci turunda "Sauthempton"un qonağı olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matç London klubunun 6:0 hesablı qələbəsi ilə başa çatıb.

"Sauthempton" - "Çelsi" - 0:6
Qollar:
 Alonso, 8, Maunt, 16, 54, Verner, 21, 49, Havertz, 31

Bu qələbə ilə xalını 62-yə yüksəldən "Çelsi" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Sauthempton" 36 xalla 13-cüdür. Siyahıya 73 xalla "Mançester Siti" başçılıq edir.

 

Milli.Az