Natali Portmandan Ukraynaya dəstək - FOTO

8 Aprel 2022 15:18

Hollivud ulduzu Natali Portman hazırda Ukraynada gedən müharibə ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa instaqram səhifəsində Ukraynanın bayrağını və bir neçə yardım qurumunu işarələyərək onlara dəstək olduğunu bildirib:

"Ürəyim Ukrayna xalqı və qaçqınlara kömək edənlərlədir. Ehtiyac sahiblərinə dəstək olmaq istəyənlər həmin qurumlarla əlaqə saxlasınlar". 

Milli.Az