Ukraynanı tərk edən kişilər geri qayıdarkən saxlanılacaqlar

8 Aprel 2022 08:20

Ukraynada hərbi vəziyyət rejimi tətbiq olunmağa başlayandan ölkəni lazımi icazə olmadan tərk edən bütün kişilər izahat almaq üçün geri qayıdarkən saxlanılacaqlar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ümumkrayna telemarafonunun efirində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov deyib.

Onun sözlərinə görə, fevralın 22-dən sonra Ukraynanı tərk edənlərin hamısı qeydə alınıb. Onlar geri dönərkən hansı məntəqədən keçərək, hansı hüquqi sənədlər əsasında ölkəni tərk etdiklərini izah etməli olacaqlar.

Milli.Az