Aİ Ukrayna ordusuna yardımı daha 500 milyon avro artıracaq

8 Aprel 2022 07:22

Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı qüvvələrinə yardım üçün ayrılan vəsaiti daha 500 milyon avro artırmaq niyyətindədir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel "Twitter" hesabında yazıb.

"Bu yardımdan sonra Aİ-nin Ukraynaya hərbi yardımının məbləği 1,5 milyard avro təşkil edəcək", - deyə Mişel qeyd edib.

Milli.Az