Hesablama Palatası Səhiyyə Nazirliyində audit yoxlaması aparır

7 Aprel 2022 15:24

Hesablama palatası Səhiyyə Nazirliyində maliyyə nəzarəti tədbirləri həyata keçirir.

Bu barədə Milli.Az-a Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hesablama Palatası 2022-ci ilin İş Planına əsasən "Böyrəklərin xroniki xəstəliyi sahəsində Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətin auditinə dair" səmərəlilik auditi olaraq kənar dövlət maliyyə nəzarəti tədbirini həyata keçirir.

Milli.Az