Jirinovskinin dəfn olunacağı yer və tarix açıqlandı

7 Aprel 2022 14:12

Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovskinin dəfn olunacağı yer və tarix bəlli olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Dövlət Dumasının Mətbuat xidməti yayıb. 

Jirinovski aprelin 8-i Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

Mərasimin Bakı vaxtı ilə 15:00-da başlayacağı gözlənilir.

Xatırladaq ki, Vladimir Jirinovski aprelin 6-sı 75 yaşında vəfat edib.

Milli.Az