Avstriya 4 rusiyalı diplomatı ölkədən çıxarır

7 Aprel 2022 19:06

Avstriya 4 rusiyalı diplomatı ölkədən çıxarır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında deyilir.

Vyanadakı Rusiya səfirliyinin 3, Zalsburqdakı Rusiya konsulluğunun isə 1 əməkdaşı aprelin 12-nə qədər Avstriyanı tərk etməlidir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Avstriyanın atdığı addıma cavab veriləcəyini bildirib.

Milli.Az