Evində oturan gəncin həyatını güllədən qulaqlıq xilas etdi - FOTO

8 Aprel 2022 01:22

Kaliforniyada evində oturan gəncin həyatını qulaqlıqlar qəfil atılan güllədən xilas edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, gənc pəncərəsinin önündə oturan zaman anidən başında ağırlıq hiss edib. Məlum olub ki, uzaqdan atılan güllə qulağındakı qulaqlığa dəyərək kənara sıçrayıb.

Onun sözlərinə görə, əgər qulaqlıqda olmasaydı, güllə tam başından keçə və o, ölə bilərdi.

Milli.Az