ABŞ: Rus qazından tezliklə imtina edə bilmərik

7 Aprel 2022 18:42

Rusiyanın enerji daşıyıcılarından imtina prosesi tezliklə baş verə bilməz.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Dalip Sinqx deyib.

"Biz Rusiya enerji daşıyıcılarının ABŞ-da qadağan olunması ilə bağlı hərəkətə keçmişik. Bu, bir neçə müddət davam edəcək", - deyə amerikalı rəsmi bildirib.

Milli.Az