"Kim nə deyir, öz rəyidir. Onların öz problemidir. Öz adımdan deyirəm, bütün ifaçılara hörmətlə yanaşıram".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Emma Ələkbərzadə "10-da görüşək" proqramında deyib. Sənətçi verilişə çıxmaq üçün telekanal rəhbərlərindən qonorar tələb edən müğənnilərlə bağlı sualı cavablandırıb. O bildirib ki, özü bu addımı atmağı düşünmür:
"Efirlərə çıxıram ki, xalq darıxıb. Mənim dinləyicim, tamaşaçım az deyil, böyükdür. Böyük məmnuniyyətlə çıxmışam, çıxıram və çıxacam da. Əgər mənim bir işim yoxdursa, "hə" deyirəm. Salamat oyandımsa durub gələcəm. Heç kim öz üzərinə götürməsin".
Milli.Az