İran sanksiyalara görə bloklanmış bəzi aktivlərinə çıxışı bərpa edir

7 Aprel 2022 08:34

İran ABŞ-ın sanksiyaları səbəbindən bloklanan xarici hesablardakı bəzi aktivlərinə çıxışı bərpa edib.

"Hökumət fəal diplomatiyası nəticəsində İranın valyuta ehtiyatlarının bir hissəsini müxtəlif ölkələrdə buraxmağa nail olub. Bu səylər davam edir", - məlumatda deyilir.

Milli.Az "Report"a istinadən bildirir ki, dondurulmamış aktivlərin məbləği Londonun 1974-cü ildə Beynəlxalq Hərbi Xidmətlər ilə İran arasında bağlanmış müqaviləyə görə bu yaxınlarda Tehrana ödədiyi 470 milyon avrodan bir neçə dəfə çoxdur.

Şirkət İrana 1 000-dən çox tank çatdırmalı idi, lakin 1979-cu ildə İranda baş verən İslam inqilabından sonra Böyük Britaniya müqavilənin şərtlərini yerinə yetirməkdən imtina edib.

Milli.Az