“Dumanlı Albion”da Benzema şou - VİDEO

7 Aprel 2022 08:32

"Real"ın futbolçusu Kərim Benzema Çempionlar Liqasının 1/4 finalında hazırda "Çelsi" ilə keçirilən oyunda het-trik edib.

Fransalı hücumçu 21, 24 və 46-cı dəqiqələrdə fərqlənib. O, ilk iki qolu başla vurub.

Qeyd edək ki, Londonda keçirilən oyunda "Real" 3:1 hesabı ilə öndədir.

Xatırladaq ki, Benzema ÇL-in 1/8 finalının PSJ ilə cavab matçında da (3:1) het-trik etmişdi.

Milli.Az