Bakıda iki avtomobil toqquşub, xəsarət alan var - FOTO

7 Aprel 2022 08:12

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza Rüstəm Rüstəmov və Məhsəti Gəncəvi küçələrinin kəsişməsində qeydə alınıb.

"Hyundai" markalı avtomobilin sürücüsü əsas yolda - Rüstəm Rüstəmov küçəsində hərəkətdə olan zaman "Toyota" markalı avtomobilin sürücüsü Məhsəti Gəncəvi küçəsindəki yol nişanın tələbini pozaraq yol ayrıcına çıxıb. Bu zaman Toyota əsas yolda olan "Hyundai"a çırpılıb. Qəza nəticəsində "Toyota"da olan bir nəfər xəsarət alıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az