Bakıda yeniyetmə bıçaqlanıb

7 Aprel 2022 08:28

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Əhməd Rəcəbli küçəsində qeydə alınıb.

15 yaşlı Əliyev Kamal Elçin oğlu tanışı ilə əlbəyaxa dava edib. Dava zamanı o bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktı hüquq-mühafizə orqanların əməkdaşları araşdırır.

Milli.Az