Gəncədəki qəzada ana və körpəsi xəsarət alıb

7 Aprel 2022 08:18

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospekti ilə Səməd Vurğun küçəsinin kəsişməsində qeydə alınıb.

Hərəkətdə olan "BMW" ilə digər minik maşını toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü F.Rzayeva və onun övladı, 2009-cu il təvəllüdlü S.Rzayev xəsarət alaraq xəstəxanaya yerləşdiriblər.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az